!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağırovun Əliağa Vahidlə bağlı baş tutmayan arzusu…

!Reklam – Yazi

vahid1922-ci ildə Cəfər Cabbarlını dörd divar arasından xilas edən Mir Cəfər Bağırov C.Cabbarlı ilə bir mollaxanada oxumuş Vahidə də 1937-ci ildə kömək əlini uzatmışdır.

Əliağa Vahid həmişə Mir Cəfər Bağırovun şəxsi qayğısını hiss etmişdir. Mir Cəfər Bağırovun vaxtında şairin səkkiz kitabı nəşr olunmuşdur. Mir Cəfər Bağırovdan sonra isə şairin vur-tut beş kitabı buraxılmışdır. Şairin iki yüzdən çox çap olunmamış əsərləri arxivdə naşirlərin həsrətindədir. 1949-cu ildə Mir Cəfər Bağırovun göstərişi ilə Əliağa Vahidə Azərbaycanın əməkdar incəsənət xadimi adı verilmişdi.

Azərbaycan rəhbərinin bir arzusu da vardı: Vahidin qəzəlləri və satirik şeirləri rus dilinə tərcümə olunsun və o, Stalin mükafatına təqdim edilsin.

Vahidə Bagırov tərəfdən növbəsiz mənzil də verilmişdi.

Mənzilin verilməsində Vahidin bu qəzəlinin rol oynadığı bildirilir:

Evimi görsə naxırçı, deyər, samanlıqdır, 

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti, 

Hücuma bax gecələr, gör nə hökmranlıqdır. 

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə, 

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır. 

Çox ərizə yollamışam Baksovetə, Raysovetə, 

Gözləməkdir işim, məsələ dumanlıqdır. 

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq, 

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

Araz Vəliyev / Tarixçi

Yenicag.az

www.yenicag.az

783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv