Avstraliya alimləri 10 il ərzində bağırsaq xərçəngi ilə bağlı araşdırma aparıblar.
Yenicag.az xəbər verir ki, mütəxəssislər bu xəstəliyə səbəb olan əsas amilləri araşdırıblar.
Araşdırmada yaşı 18-100 arasında olan 370 min insan iştirak edib.
Alimlər belə nəticəyə gəliblər ki, kişilər arasında bu xərçəng növünə qadınlarla müqayisədə daha tez-tez təsadüf edilir.
Bağırsaq xərçənginə səbəb olan əsas amillər bunlardır:
artıq çəki, piylənmə, siqaret çəkmək və spirtli içkilərin qəbulu.
Araşdırmanın müəllifləri bağırsaq xərçənginin profilaktikası üçün çox sadə tövsiyələr verir: insan həddindən artıq yeməməli, siqaret çəkməməli və spirtli içkilərdən sui-istifadə etməməlidir.