Bağlanan banklardakı əmanətlərin aqibəti necə olacaq? – Baş bankirdən AÇIQLAMA

“Bağlanan 4 bankda (“AGBank”, “Amrah Bank”, “Atabank”, “NBC Bank”) əhalinin 690 milyon manata yaxın vəsaiti var idi. Bununla yanaşı problemli kreditlərin həcmi 73 faizə yaxın idi. Ona görə də bu banklar əmanətləri qaytarmaq iqtidarında deyildi”.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransı bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Əmanətlərin Sığortalanması Haqqında Qanunun müddətinin uzadılması və bu qanunun mövcudluğu bu gün imkan verir ki, bağlanan banklardakı əhalinin əmanətləri qaytarılsın.

E.Rüstəmov deyib ki, həmin banklarla müzakirələr bu ilin yanvarından aparılıb, auditor hesabatı müvafiq olaraq 24 və 167 milyon manat həcmində mənfi kapital aşkar edib.

Lisenziyaların ləğv olunan banklarda olan ipoteka kreditlərinin ümumi məbləği təxminən 211 milyon manat təşkil edir. Qeyd olunan kreditlərin taleyi, yəni hansı mövcud banklara yönləndiriləcəyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həll olunacaq. Banklarda olan əmanətlərin böyük hissəsi sığortalanıb, sığortalanmayan əmanətlərin məbləği 3 milyon manatdan çox deyil”, – E.Rüstəmov əlavə edib.