Bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı AÇIQLAMA

“Bağlanan dörd bankda əmanətlərin geri qaytarılması məsələsi iki hissəyə bölünüb. İlkin olaraq “Atabank” ASC və “Amrahbank” ASC-dəki əmanətlərin qaytarılma prosesinə agent bank olan “KapitalBank” vasitəsilə 1 iyundan başlanıldı”.

Yenicag.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, banklarda 30 min manata qədər olan vəsaitlərin kompensasiyası 1 iyun, 30 min manatdan yuxarı olanlar isə 1 iyuldan başlayaraq ödəniləcək:

“AGBank” ASC və “NBCBank” ASC-dəki əmanətlərin qaytarılması prosesində agent bank kimi “Beynəlxalq Bank” seçilib. İyuldan əmanətlər veriləcək. Burada 680 milyon manat sığortalanıb. Hesablamalar başa çatdıqdan sonra bu rəqəm bir faiz dəyişə bilər”.