!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bağlanmış banklardakı qorunmayan əmanətlərin taleyi necə olacaq?” – İqtisadçıdan AKTUAL SUAL

!Reklam – Yazi

“Açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir və kapitalı mənfi olan banklar yenə mövcuddur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun fəaliyyəti dayandırılan 4 bankın kapitalının mənfi olması ilə bağlı fikirlərini şərh edən iqtisadçı Samir Əliyev bildirib.

Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank sədrinin bankların kapitalı ilə bağlı səsləndirdiyi fikirlər təzadlıdır və bu, digər bankların da vəziyyətinin yaxşı olmadığını göstərir:

“Baş bankir Elman Rüstəmovun sözlərinə görə, AGBank kapitalı mənfi 145 milyon manat, NBC Bankın kapitalı mənfi 23 milyon manat, AtaBank-da kapitalı mənfi 214 milyon manat, AmrahBankın kapitalı mənfi 77 milyon manatdır.

Deməli, bu bankların xilası üçün ümumilikdə 660 milyon manat tələb olunur. Mərkəzi Bank rəhbərinin dediyi kimi, banklar kapitalını itirərək zərərə düşübsə, bankların açıqladıqları məlumatlar niyə fərqli mənzərəni göstərir?

Belə çıxır ki, bankların açıqladıqları məlumatlar reallıqdan tamam uzaqdır. Əgər belədirsə, deməli, onlar tənzimləyici quruma səhv məlumatlar veriblər”.

Samir Əliyev qeyd edib ki, bank sektorunda yaşanan məlum problemlərin əsas səbəbi tənzimləyici qurumun məsuliyyətsizliyidir:

“Bankların fəaliyyətinə nəzarəti 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirib. Yalnız ötən ilin sonu nəzarət səlahiyyəti Mərkəzi Banka qaytarılıb. Belə olan halda niyə bu vaxta qədər bu 4 bankla bağlı zəruri tədbir görülməyib?

Niyə imkan verilib ki, onların kapitalı nəinki 50 milyon manatlıq normativi pozsun, hətta mənfiyə düşsün. Bağlanan banklarda sığortalı əmanətlər qaytarılacaq. Bəs qorunmayan əmanətlərin taleyi necə olacaq? Sahibkarların alın təri ilə topladıqları və banklara etibar etdikləri vəsaitlərin taleyi necə olacaq?

Sahibkarın, əmanətçinin nə günahı var ki, dövlət bu banklara düzgün nəzarət etməyib, bu azmış kimi onları bankları düzgün seçməməkdə qınayır. Artıq Palata yoxdur, Mərkəzi Bank isə səlahiyyəti yenicə əldə edib. Tənzimləyici qurumun işi preventiv tədbirlər göstərməkdir, post-faktum addım atmaq deyil”.

Gülşən Şərif

www.yenicag.az

976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv