!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bahalaşan dolların yeni qurbanı

!Reklam – Yazi

img1771184Rusiya və Ukraynada yaşanan iqtisadi turbulentlik, digər tərəfdən isə ölkəyə gələn xarici turistlərin sayında kəskin azalma, qonşu Gürcüstanın iqtisadiyyatına ağır zərbə vurur. Gürcüstanın milli valyutası olan lari avqust ayından bəri dollara nisbətdə azı 20 faiz dəyərini itirib.

Xarici valyutanın bahalaşması və qiymət artımından ən çox yaşlı nəsil, o cümlədən təqaüdçülər əziyyət çəkir. 64 yaşlı Məryəm Matiaşvili aya 150 lari pensiya alır. Ancaq dərman xərclərinin artıması ucbatından Tiflis küçələrində turistlər üçün səyyar satıcılıqla məşğul olmağa məcbur qalıb. “Turist qıtlığı çox pis şeydir. Artıq bunu payızdan hiss etməyə başlamışıq. Yanvarda müəyyən canlanma baş verdi, Rusiya, Ukrayna və polşadan turistlər gəldi, ancaq elə o vaxtdan vəziyyət acınacaqlıdır”,- deyə təqaüdçü qadın vurğulayır.

Gürcüstanın iqtisadiyyatı əsasən şərab ixracatı və turizmə söykənir. Ölkəyə gələn turistlərin çoxu elə postsovet ölkələrinin vətəndaşları olduğundan Ukrayna və Rusiya münaqişəsi, turizmə ağır zərbə vurub.

Gürcüstanın İqtisadi Azadlıq İnstitutunun direktoru Pata Şeşelidze iqtidarın apardığı siyasətin, sahibkarlığın inkişafına əngəl olan vergi sisteminin ölkənin iqtisadi çətinliklərini daha da artırdığını hesab edir.

Bu arada yerli müxalifət bugün Tiflisdə hökümət əleyhinə kütləvi mitinq keçirməyi planlaşdırır. Müxalifət düşərgəsi ölkədə yaşanan iqtisadi böhrana görə, höküməti “səriştəsizlikdə” ittiham edir. Etiraz aksiyasında on minlərlə insanın iştirak edəcəyi gözlənilir (Associated Press).

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv