Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bahalaşma DALĞASINA ETİRAZ: "Qarabağ zəfərindən ruhlanaraq xalqın dəstəkləyəcəyini düşünürlərsə..." - Partiya sədri

Reklam: Sinerji Pro

“Ola bilsin ki, iqtidar Qarabağ zəfərindən ruhlanaraq xalqın istənilən halda onları dəstəkləyəcəyini düşünərək bu addımları rahat şəkildə atır. Bir müddət sonra isə insanların gözündə bu zəfər də bitəcək”.

Bunu son zamanlar həm dövlət rüsumlarının, həm də gündəlik təlabat mallarının qiymətlərinin durmadan artmasına münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a deyib.

Tural Abbaslı bildirib ki, qiymət artımı hər kəsimdən olan isanların büdcəsinə zərər verir:

“Qiymət artımında iki nüans var. Birinci nüans odur ki, elan olunan qiymət artımları var. Buna elektirik enerjisinin, qazın, suyun, dövlət rüsumlarının qiymətini misal gətirmək olar. İkinci nüans isə istehlak məhsullarının qiymətləridir ki, onunla bağlı cəmiyyətə məlumat verilmir. Böyük əksəriyyət ona görədir ki, insanlarda narazılıq, həyacanlanma yaranmasın. Bu həmdə qiymət artımının rəsmi şəkildə qeydə alınmaması, etiraf edilməməsi üçündür. Ümumən 20-30 faiz istehlak məsullarının qiyməti artıb. İnsanlar bunu gündəlik həyatlarında hiss edirlər və bu narazılıq yaradır. Bu narazılqlar da hakimiyyət nümayəndələrinin qulağına çatır və məcbur olub buna reaksiya verirlər.

Düşünürəm ki, qiymət artımını dövlət çox rahat şəkildə edir. Bunun yaradacağı fəsadlar düşünülmür. İndiki məqamda hakimiyyət pul itirməyə hazır olmalı, ancaq insanların narazılığını qazanmağa hazır olmalı deyil.

Gördüyümüz odur ki, hakimiyyət siyasi və sosial narazılığı gözardı edərək, sırf iqtisadi baxımdan büdcənin doldurulması üçün sərt addımlar atır. İstənilən siyasi hakimiyyət verdiyi qərardan sonra siyasi ajiotajı, siyasi dalğalanmanı düşünməlidir. Bir çox ölkələrdə, xüsusən Avropa ölkələrində papulistik deyilə biləcək qərarlar verilir ki, bunlar büdcəyə yük olur, ancaq əhalinin dəstəyini almaq üçün buna gedilir. “Ola bilsin ki, iqtidar Qarabağ zəfərindən ruhlanaraq xalqın istənilən halda onları dəstəkləyəcəyini düşünərək bu addımları rahat şəkildə atır. Düşünürəm ki, bir müddət sonra insanların gözündə bu zəfər belə itəcək və bu sosial partlayışa çevrilə bilər. Hakimiyyət tez bir zamanda addımlar atmalıdır. Ya təqaüd, məvaciblər artırılmalıdır, ya da süni qiymət artımının qarşısı alınmalıdır. Ötən ay 31 manat qaz pulu ödəmişdim, bu ay 85 manat qaz pulu gəlib. Qiymət fərqi bu qədər çoxdur”.

Partiya sədri qeyd edib ki, hakimiyyət mütləq bu tendensiyanı dayandırmalıdır:

“Bu tendensiyanın yüngülləşdirilməsi, əhaliyə düşən yükün azaldılması üçün konkret addımlar atılmalıdır. Yeri gəlsə valyuta ehtiyatlarında istifadə olunmalıdır. Müharibə, müharibədən sonrakı dönəm, Qarabağın bərpasını əhalinin üzərinə yükləmək doğru deyil”.

Səxavət Məmməd

www.yenicag.az

224
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100