Cazibədar model Səudiyyə Ərəbistanının təklinə “yox” deməklə diqqət çəkib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, insan hüquqları sahəsində “natəmiz” keçmişini təmizləmək istəyən Səudiyyə Ərəbistanı bu məqsədlə məşhurlardan istifadə edir. Belə ki, ölkə milyonlarla dollar xərcləyərək paytaxt Riyadda “MDL Beast” Festivalı keçirib. Bu festivala dünyanın məşhur futbolçularını, modellərini və sosial şəbəkə fenomenlərini toplayan Səudiyyə Ərəbistanı bununla da “müasir ölkə” imicini gücləndirməyə çalışıb.
Maraqlısı budur ki, təklifi təkcə amerikalı model Emili Ratajkovski qəbul etməyib. O, “Təqsirkar bir ölkənin keçmişini təmizləməsi üçün vasitəçi ola bilmərəm” – deyə qeyd edərək, Səudiyyə Ərəbistanında baş verən hüquq pozuntularına diqqət çəkib.