Bahalığın toy bazarına TƏSİRİ: “Deməmişəm, bu pulu verirsiniz, gəlirəm, vermirsinizsə…” – Faytonçu Nazim

Son vaxtlar bazar qiymətlərindəki artım bəzi müğənnilərin də toy qiymətlərinə təsirsiz ötüşməyib. Bəziləri elə bazara da uyğun toy qiymətlərini qaldırıb.

Yenicag.az-a açıqlama verən müğənni Nazim Pişyari də ümumi olaraq maddi durumun ürəkaçan olmadığını bildirib. Amma bununla belə toy qiymətlərində artım etmədiyini deyib:

“Bazar iqtisadiyyatı ilə bağlı qiymətlərin artması, təbii ki, hamımızın həyatında öz əksini tapır. Amma neyləmək olar, palaza bürün, el ilə sürün. Xalqım necə, mən də elə. Qiymət artımı mənim güzaranıma təsirini göstərsə də, toy qiymətlərini heç vaxt qaldırmamışam.

Heç vaxt məndə konkret qiymət olmayıb ki, qonorarım bu məbləğdir, verirsiniz gəlirəm, vermirsiniz, gəlmirəm. Baxmışam insanların güzəranına, sosial vəziyyətinə. Onların maddi durumunu nəzərə alıb, qiymət demişəm. Bineyi-qədimdən belə olub, bu gün də belə davam edir. Bizi dolandıran, bizi biz edən, bizi yüksəldən də xalqdır. Xalqıma qurban olum. Allah onlara bol ruzi versin ki, biz də dolanaq”.

Cəvahir

COP29