Baharın Azərbaycana gələcəyi vaxt açıqlandı

скачанные файлы (3)Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində baş verəcək.

Bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək: “Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir”.

X. Mikayılov qeyd edib ki, Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq: “Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir”.

Direktor müavini əlavə edib ki, martın 15-i Azərbaycanda axır çərşənbə, fevralın 23-ü isə ilk çərşənbədir.