Bahar Muradova Şuşa Bəyannaməsi haqqında: “Bu sənəd yenidən doğuluşun müjdəsidir”

“Bu gün işğaldan azad edilmiş doğma Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında “Müttəfiqlik haqqında” Şuşa bəyannaməsi imzalandı”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova özünün “Facebook” hesabında yazıb.

Bahar Muradova bu gün Şuşada imzalanan Bəyannamənin tarixi əhəmiyyətinə diqqət çəkib:

“Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələr müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir.

Qurtuluş günü imzalanan bu sənəd yeni bir Dirilişin, yenidən Doğuluşun müjdəsidir.

Gözün aydın Azərbaycan, Gözün aydın Türkiyə!

Ankaradan Bakıyacan,
Dünyaya yenidən doğan
Canda nəfəs,damarda qan,
Turkiyə, Azərbaycan!!!”