Bahar Muradova: Namizədlərimiz artıq bəllidir

“Bu günlər Yeni Azərbaycan Partiyasının namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.

“Nəhayət erkən parlament seçkilərində iştirak edəcək namizədlərimiz bəllidir. YAP İdarə Heyətinin bu gün kecirilən iclasında rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik. Qoy güclülər qalib gəlsin”, deyə B.Muradova deyib.