!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bahar Muradovanın iradı və parlament müxalifətinin sükutu: “İnsan gözükölgəli olanda...”

!Reklam – Yazi

“Onlar da durub eyni şeyləri danışacaqdılar, kimlərinsə fikirlərini təkrarlayacaqdılar”.

Yenicag.az xəbər verir ki, ötən gün Milli Məclisin mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxış edən vitse-spiker Bahar Muradovanın vaxtilə kəskin müxalifət mövqeyində dayanan deputatlara ünvanlanan iradı yeni müzakirələrə səbəb olub.

Bahar Muradova nəzərdə tutulan deputatları Heydər Əliyev haqqında çıxış etməkdən yayınmaqda və cəsarətsizlikdə günahlandırıb:

“Heydər Əliyev zaman-zaman müxtəlif hücumlara məruz qalıb. Vaxtilə ona hücum edən, onu rəqib kimi görənlər arasında bu gün bu zalda oturanlar da var. Ancaq onlar aradan keçən müddətdə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü dərk etdilər. Bu, yaxşı haldır.

Ancaq təəssüf ki, bir zamanlar onun tənqidçisi olmuş indiki deputatlardan heç kəs Heydər Əliyev haqqında çıxış etmədi. Niyə? Cəsarətiniz çatmadı? Axı bu gün onun barəsində bir neçə xoş söz söyləyə bilərdiz”.

Parlament azlığına mənsub olan deputatların vitse-spikerin məlum təpkisini cavabsız buraxlamarını Yenicag.az-a şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu həmin millət vəkillərini müxalifətçi hesab etmədiyini deyib:

“Bu barədə nəsə deyə bilmərəm. Ancaq hərəkatdan gəlmək hələ heç nə demək deyil. Həmin şəxsləri isə bəzilərinin düşündüyü kimi, müxalifətçi hesab eləmirəm. Məlum deyil, onlar niyə çıxış etməyiblər – ya həvəsləri olmayıb, ya da vaxt çatmayıb…

Mənə belə gəlir ki, bu məsələ ilə bağlı süni ajiotaj yaradılır, kimlərsə özünü daha çox Heydər Əliyevçi kimi göstərməyə çalışırlar.

Burada ciddi bir məsələ görmürəm. Guya hamının çıxış eləməsi nəyi dəyişəcəkdi ki? Onlar da durub eyni şeyləri danışacaqdılar, kimlərinsə fikirlərini təkrarlayacaqdılar. Ona görə də, bu irad və təpki mənə mənasız görünür”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə Yenicag.az-a açıqlamasında parlament müxalifətinin, xüsusilə, hərəkatdan gələn deputatların “özlərini bu vəziyyətə salmalarına” təəssüfləndiyini bildirib:

“Elə bir məsələdir ki, bu haqda uzun danışmağa ehtiyac yoxdur. Sadəcə, deyə bilərəm ki, Allah heç kimi onların vəziyyətinə salmasın. İnsanın gözü kölgəli olanda, səsini çıxara bilmir. Sadəcə, təəssüf edirəm”.

A.Zeynalov

www.yenicag.az

4284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv