Bahar yorğunluğunun qarşısını almaq üçün 7 məsləhət

Yazın gəlişi insan orqanizmində və psixologiyasında bəzi dəyişikliklərə səbəb olur. Fəsil dəyişkənliyi bir çox hallarda yorğunluq və halsızlığa gətirib çıxarır. Əgər siz də səhər oyanmaqda çətinlik çəkir, gün ərzində üzərinizdə ağırlıq hiss edirsinizsə, mütləq bu məsləhətlərə diqqət edin:

1. Gün ərzində tez-tez və az yeməyə diqqət edin. Səhər yeməyini unutmayın.

2. Suya olan ehtiyacınızı çay və ya qəhvə ilə qarşılamayın. Gündə mütləq 2-2,5 litr su için.

3. Təbii qidalara üstünlük verin. Qışdan çıxan orqanizminizin meyvə və göyərtidə olan vitaminlərə çox ehtiyacı var.

4. Karbohidratlı qidalardan uzaq olun. Xəmir yeməkləri, qovurma, qızartma, şərbətli şirniyyatlar yuxu və yorğunluğa səbəb olur.

5. Çovdar və ya yulaf kimi qidalar qan şəkərini nizama salır. Buna görə də, ağ buğdadan hazırlanmış çörək əvəzinə bu tip taxıllı bitkilərin məhsullarından yararlanın.

6. Gündə ən azı 30 dəqiqə yürüyüş edin. Xüsusilə də, günəşli havalarda gəzməyə çalışın. D vitamini sizə enerji verəcək.

7. Yaz aylarında qara çay və qəhvə əvəzinə yaşıl çay və ya bitki çaylarından istifadə edin.

COP29