!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bahçelidən Ərdoğana böyük jest: “Üstünlüyü ona verərik...”

!Reklam – Yazi

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçelidən prezident Rəcəb Tayyib Ərdoğan haqqında təqdiredici ifadələr işlədib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP-nin parlament fraksiyası toplantısında çıxış edən Bahçeli Konstitusiya referendumuna “Bəli” dedikləri üçün onu və partiyasını hədəfə alan siyasi qrupları sərt tənqid edib. MHP lideri Konstitusiyanın dəyişdirilməsi əleyhinə kampaniya aparan Doğu Perinçek və tərəfdarları barəsində daha sərt danışıb. Bahçeli bildirib ki, Perinçek və onun həmfikirləri ilə Ərdoğan arasında seçim variantı aktuallaşarsa, o zaman üstünlüyü Türkiyə prezidentinə verər:

“Bütün xalqlara azadlıq deyərək, oraq-çəkiclə görüntü verərək, milliyyətçilərə güllə atan, tələ quran “perinkeçgillər” indi durub bizə mübarizə aparmağı öyrədib, milliyyətçiliyi başa salacaqlar? Bu, nə arsızlıq, nə əxlaqsızlıqdır? 48 illik mübarizəmizdə olmamaqları bir yana, ən ağır təhqirlərlə üzərimizə gələnlər sanki hidayət olublarmış kimi milliyyətçi-ülküçü hərəkatın nə edəcəyini bağırırlar. Bütün sıxıntıları, ağrı və sancıları bizim Konstitusiya dəyişikliyinə “Bəli” deməyimizdəndir. Buradan hər kəsə açıq şəkildə deyirəm, əgər Doğu Perincek və “Xeyr” deyən yoldaşları ilə Rəcəb Tayyib Ərdoğan arasında bir seçim haqqımız olsa, üstünlüyü mütləq, istisnasız qaydada hörmətli Ərdoğana verəcəyimizi hamı bilsin. Bunlar çılğına dönüb qudursalar da, millət üçün “Bəli”, dövlət üçün “Bəli”, cümhuriyyət üçün “Bəli”, türklüyün mənafeyi üçün “Bəli” deyəcəyik”.

Yeniçağ.Az

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv