Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bahçeşehir Universitetinin azərbaycanlı bacıları: "Bizim uğurumuz..." - Özəl açıqlama + FOTOLAR

Türkiyənin Bahçeşehir Universitetini uğurla bitirən azərbaycanlı məzunlar Günel və Xeyrənsə Müsayevalarla görüş keçirilib.

Yenicag.Az xəbər verir ki, uğurlu məzunlarla Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutan görüşdə Başçeşehir Universitetinin rektoru, professor Şenay Yalçın, həmin ali məktəbin bir neçə müəllimi, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qısa təqdimatdan sonra ilk söz alan Bahçeşehir Universiteti İqtisadi, İdarəetmə və Sosial elmlər fakültəsinin dekanı Necip Çakır qısa çıxışında azərbaycanlı tələbələrin qazandıqları uğurların sevindirici olduğunu deyib:

“Bu münasibətlə Azərbaycanda olmağımızdan çox məmnunuq. Günel və Xeyrənsənin əldə etdikləri uğur həqiqətən də çox sevindiricidir. Səmimi deyirəm, rəhbəri olduğum fakültədə təhsil almaq heç də asan deyil. Buna baxmayaraq, Günel və Xeyrənsə öz çalışqanlıqları və əzmkarlıqları ilə belə bir uğur qazanıblar. Hər birini təbrik edir və uğurlar arzulayıram”.

Daha sonra çıxış edən Bahçeşehir Universitetinin rektoru, professor Şenay Yalçın bütün uğurların təməlində məqsədyönlüyün və çalışqanlığın dayandığını vurğulayıb:

“Açığı, tədbirdə bu qədər çox iştirakçının olacağını gözləmirdim – gəldiyiniz və bacılara dəstək olduğunuz üçün hər birinizə minnətdaram.

Sözümün davamında ermənilərin bir neçə gün əvvəl Füzulinin Alxanlı kəndində nənəsi ilə birgə 2 yaşlı körpə Zəhranın da qətlə yetirilməsi ilə nəticələnən vəhşiliyinə toxunmaq istərdim. Ermənilər bununla öz xislətlərini bir daha göstərdilər. Bu vəhşiliyi şiddətlə qınayır, həlak olanlara Allahdan rəhmət diləyir, onların doğmalarına başsağlığı verirəm.

Günel və Xeyrənsənin Universitetimizi qalib məzun olaraq bitirmələri bizi çox sevindirir. Bahçeşehir Universiteti öz strukturuna, fəaliyyət coğrafiyasına görə, dünya miqyaslı bir tədris ocağıdır. 3 qitədə 5 universitetimiz, 4 dil məktəbimiz, 5 akademik mərkəzimiz fəaliyyət göstərir. Universitetimizdə 106 ölkədən 3 minə qədər xarici tələbə təhsil alır. Dərslərdə tələbkarlıq çox yüksək səviyyədədir.

Günel və Xeyrənsə belə tələbkarlıq olan yerdə bu cür böyük uğura imza ataraq, bizə sonsuz sevinc yaşadıblar. 3 min 500 məzun arasında bu uğuru əldə etmək böyük nailiyyətdir. Onları bir daha təbrik edirəm”.

Daha sonra Günel və Xeyrənsə Musayevalar Yenicag.az-a gələcək planlarından danışıblar.

Bacılar bildiriblər ki, ixtisasları dünyanın istənilən yerində karyera qurmağa imkan yaradır:

“Biz Bahçeşehir Universitetini iki ixtisas üzrə bitirmişik. Əsas ixtisasımız beynəlxalq maliyyəçilik, digəri isə iqtisadiyyatdır.

Bu ixtisas Amerika və Avropada çoxdan oturuşsa da, Azərbaycanda, ümumiyyətlə, Yaxın Şərqdə çox yayılmayıb.
O baxımdan, iş karyeramızı istənilən ölkədə qurmaq və uğurla inkişaf etdirmək imkanımız var. Zamanı yetişəndə, buna qərar verəcəyik”.

Yenicag.az

www.yenicag.az

534