!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Qazax yolunda iki avtomobil toqquşub: yaralananlar var

!Reklam – Yazi

Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, yolun 330-cu kilometrliyində VAZ-2107 ilə “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-da olan sərnişinlər – 1962-ci il təvəllüdlü Mərziyyə Məmmədova, onun gəlini 1984-cü il təvəllüdlü Təranə Məmmədova və T. Məmmədovanın övladları – 10 yaşlı Raul, 9 yaşlı Nadil və 40 günlük Rəsul müxtəlif bədən xəsarətləri alıblar. Uşaqlar Gəncə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına, M. Məmmədova və T. Məmmədova isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

1000
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv