“Bakcell Arena” təmirə bağlanır

“Bakcell Arena” ot örtüyünün yenilənməsi prosesi ilə əlaqədar bu gündən etibarən təmirə bağlanacaq.

Yenicag.az xəbər verir ki, Hazırkı ot örtüyündə son oyun AFFA – “Aqro Sport” şirkətinin (arenanın ot örtüyünə xidmət göstərən qurum) və “Neftçi” PFK-nın əməkdaşlarından təşkil olunmuş komandalar arasında keçirilib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Qeyd edək ki, beynəlxalq ənənəyə əsasən, stadionun ot örtüyü yenilənməzdən əvvəl köhnə ot örtüyü üzərində son oyun həmin arenaya aidiyyatı olan qurumların əməkdaşları arasında keçirilir.