“Bakcell” jurnalistlər arasında atıcılıq yarışı keçirdi – FOTOLAR

Ötən gün “Bakcell” şirkəti Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə jurnalistlər arasında atıcılıq üzrə yarış keçirib.

Yenicag.az xəbər verir ki, 50 media nümayəndəsinin iştirak etdiyi yarış Bakı Atıcılıq Mərkəzində baş tutub.

İştirakçılar tir və stend atıcılığında məharətlərini nümayiş etdiriblər. Gərgin və maraqlı keçən yarışın sonunda ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar. Media nümayəndələri üçün təşkil olunan yarış nahar yeməyi ilə yekunlaşdırılıb.

Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” ötən il də jurnalistlər arasında atıcılıq üzrə yarış keçirmişdi.

Emin Səfərov