Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bakcell” mobil tətbiqindən istifadə edən abunəçilərinə hədiyyə verir

“Bakcell” MMC COVID-19-la mübarizə tədbirləri çərçivəsində ölkəmizdə həyata keçirilən daha bir təşəbbüsə qoşulub. Belə ki, “Bakcell” abunəçiləri “e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə 100 MB həcmində internet trafiki hədiyyə olunur.

“e-Tabib” yoluxmanın qarşısını almağa kömək edir. Belə ki, “bluetooth” funksiyası sayəsində istifadəçi son 14 gün ərzində təmasda olduğu digər proqram istifadəçilərində qeydə alınmış yoluxma faktından xəbər tutur və ona COVID-19 testindən keçmək tövsiyə olunur.

Azərbaycanda COVID-19 virusuna yoluxma faktları, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında statistik məlumatlar, tez-tez verilən suallara cavablar və profilaktik tədbirlər haqqında məlumatlar da bu mobil tətbiqdə öz əksini tapır. Burada eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat və xəbərləri, profilaktik tədbirlər və xəstəliyin simptomları haqqında faydalı məlumatlar yerləşdirilib. “e-Tabib”i Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar.

“Bakcell” bundan sonra da ölkəmizdə COVID-19-a qarşı aparılan mübarizə tədbirlərinə dəstək verməyə davam edəcək.

Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

8 000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bu gün “Bakcell” şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan MR və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

“Qeyri-Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər

www.yenicag.az

202
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100