“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

“Formula 1” sürət yarışı ərzində “Bakcell” bütün azarkeşləri Dənizkənarı Bulvar ərazisində innovativ həlləri özündə əks etdirən stendinə dəvət edir.

Yenicag.az xəbər verir ki, burada qonaqlar “Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirə, VR texnologiyası, şirkətin məhsul və xidmətləri ilə tanış ola, həmçinin hədiyyələr qazana bilərlər.

Bundan əlavə, “Formula 1” sponsorluğu çərçivəsində “Bakcell” hər kəsə “iPhone 16” hədiyyə qazanmaq şansı verir. Bunun üçün şirkətin rəsmi sosial şəbəkə hesablarını izləmək və qeyd olunan şərtlərə riayət etmək kifayətdir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

COP29