Bakcell şirkəti öz abunəçilərinə Azərbaycanda ən geniş əhatə dairəsi və ən sürətli mobil internet xidməti ilə yanaşı, istehlak bazarının demək olar ki, bütün seqmentlərində əlavə fürsət və üstünlüklər təklif edir.
Yenicag.az xəbər verir ki, Ölkənin ən irimiqyaslı loyallıq proqramlarından biri olan “Ulduzum”dan istifadə edən Bakcell abunəçiləri 350-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsində eksklüziv endirimlərdən yararlanırlar. Proqramın istifadəçiləri məşhur restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri, beynəlxalq çatdırılma və hətta aviaşirkətlərin təklif etdiyi özəl kampaniyalar və endirimlərdən istifadə imkanına malikdirlər.
“Ulduzum” tərəfdaşlar şəbəkəsinə beynəlxalq elektron ticarət və çatdırılma xidməti sahəsinin ən uğurlu şirkətlərdən biri olan “Mover.az” da daxildir. Bu əməkdaşlıq sayəsində Bakcell abunəçiləri “Ulduzum” kodu vasitəsilə Türkiyədən olan bütün çatdırılmalara 10% endirim qazanırlar.
Kitabsevərlər də “Ulduzum” proqramından yararlanır, çünki proqram tərəfdaşlarının geniş siyahısına Azərbaycanın ən populyar kitab mağazaları şəbəkələrindən biri olan “Libraff” da daxildir. Belə ki, Bakcell abunəçiləri “Ulduzum” kodu vasitəsilə “Teas Press”, “3 alma” və “YaY” nəşriyyatlarının kitablarına 10% endirim əldə edirlər.
Geniş “Ulduzum” şəbəkəsinə həmçinin ölkənin iri bankları da daxildir. 31 dekabr 2019-cu il tarixinədək qüvvədə olan kampaniya çərçivəsində Bakcell abunəçiləri “Ulduzum” kodundan istifadə edərək “NBCBank”dan pulsuz multivalyuta Gold kartını əldə edə bilərlər.
Qeyd edək ki, bir müddət əvvəl Bakcell yenilənmiş “Ulduzum” mobil tətbiqetməsini istifadəyə verib. Mobil tətbiqeməni yükləmiş Bakcell abunəçiləri bu proqramın tərəfdaşlarını asanlıqla tapıb, endirim kodlarını əldə edə, mövcud təkliflər və yeniliklər barədə məlumat ala bilərlər. Həmçinin, yeni tətbiqetmə sayəsində istifadəçilər qənaət olunmuş məbləğlər, qoşulduqları kampaniyalar, qazanılan “keşbeklər”, gün ərzində istifadə edilməyən kodlar və digər üstünlüklər barədə məlumat ala biləcəklər. Yeni tətbiqetmə həmçinin müxtəlif oyunlarda iştirak etmək və hədiyyə qazanmaq imkanı verir.
Proqram haqqında ətraflı məlumatı www.ulduzum.az səhifəsindən almaq mümkündür.