!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bakı 2015” saziş imzalayıb

!Reklam – Yazi

baki-2015r23400samir16“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi beş Avropa ölkəsi ilə əsas yayım sazişlərini imzalayıb.

İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniya da birinci Avropa Oyunlarının yayımlanmasını təmin edəcək ölkələr siyahısına daxil edilib. Bağlanmış yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın “RTV Sloveniya” və Portuqaliyanın ödənişli “Sport TV” adlı ictimai televiziya şirkətləri Oyunlar müddətində Avropa Oyunlarını gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində yayımlayacaq.
Təşkilat Komitəsindən (TK) qeyd edilib ki, “Bakı 2015” artıq dünyada 1 milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə malikdir. Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı “Açılış” və “Bağlanış” mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziya şəbəkəsində, həmçinin, “Bakı 2015” Avropa Oyunları ilə bağlı gedən hazırlıqlara həsr olunmuş bir sıra “Bakıya yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq. “Sport TV” şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək.

“RTV Sloveniya”, Latviyanın LTV və Estoniyanın ERR televiziya şirkətləri də oyunların geniş şəkildə işıqlandırılması öhdəliyinə malikdirlər. TK-dan bildirilib ki, 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarını da yayımlamaq hüququna sahib olan bu televiziya şirkətləri böyük çoxnövlü idman yarışlarının yayımlanmasında mühüm təcrübəyə malikdirlər.Qeyd edək ki, ilk Avropa Oyunlarının yayımlanmasının təşkili üçün müqavilə bağlanmış ölkələrin sayı hazırda 47-yə çatıb(azadinform).

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv