Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

“Bakı-2017”: Əlcəzair millisi Türkiyə yığmasına qalib gəlib  

Reklam: Sinerji Pro

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir.

Yeniçağ.Az xəbər verir ki, turnirin “B” qrupu çərçivəsində Türkiyə millisi Əlcəzair yığması ilə qarşılaşıb. Oyun Əlcəzair millisinin qələbəsi ilə başa çatıb.

Azərbaycanlı hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissində Türkiyə millisi hesabı açıb. Matçın 38-ci dəqiqəsində Onur Eris fərqlənib.

Oyunun 78-ci dəqiqəsində əlcəzairli futbolçu Fərid Əl Məlali hesabı bərabərləşdirib. Görüşün son dəqiqəsində Türkiyə millisinin qapısına təyin olunmuş penalti zərbəsini dəqiqə yerinə yetirən Ahmed Qaqqa Əlcəzair millisinin 2:1 hesablı qələbəsini rəsmiləşdirib.

Yeniçağ.Az

www.yenicag.az

752
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100