!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakı-2017”nin açılış və bağlanış günü “Koroğlu” metrosu tamaşaçılar üçün pulsuz olacaq

!Reklam – Yazi

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionuna gələn tamaşaçılar mərasim bitdikdən sonra “Koroğlu” metro stansiyasına pulsuz daxil olacaqlar.

Yeniçağ.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a məlumat verib.

O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionundan çıxan tamaşaçılar yaradılmış koridor vasitəsilə stansiyaya yönələcəklər. Bu mərasimi izləməyə gələn tamaşaçılar üçün tətbiq edilən xüsusi proqramdır.

“İnsanların rahatlığı üçün tətbiq edilən bu proqram həm də təhlükəsizlik baxımından əlverişlidir. Tamaşaçıların təhlükəsizliyi üçün koridora kənardan heç bir şəxs buraxılmayacaq. Stadiona daxil olarkən insanlar yoxlanıldığı üçün stansiyaya daxil olduqda təkrar yoxlamağa ehtiyac yaranmayacaq”, – deyə N.Paşayev vurğulayıb.

Yeniçağ.Az

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv