Bakı aeroportunda 4000 avro oğurlayan şəxs tutuldu

Bakı Hava Limanında içərisində 4000 avro olan çanta oğurlanıb.

Yeniçağ.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakininə məxsus, içərisində 4000 avro olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vaqif Rzayev tutulub.

Yeniçağ.az