!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı aeroportunda əcnəbilər saxlandı – SƏBƏB

!Reklam – Yazi

232489Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxtalaşdırılmış sənəd­lərlə Azərbaycan sərhədini keçməyə cəhd edən şəxsləri saxlayıb.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” avia­rey­si ilə Azərbaycana gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmmədin pasportlarında saxta Türkiyə Respublikası vizası və üzər­inə yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunub.

DSX əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmçinin 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə Azərbaycan gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Res­pub­likasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb. Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qaytarılıb.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv