Bakı aeroportunda ƏMƏLİYYAT: Hindistanlı saxlanıldı

Bakıda əcnəbinin bank hesabından pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846 000 rupinin (təxminən 17 min 681 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Araşdırma aparılır.