Bakı-Ağstafa-Bakı marşrutu üzrə sınaq səfəri təşkil olundu

Martın 15-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə sınaq səfəri təşkil olunub.

Azərbaycan Dəmir Yolları QSC-dən Yenicag.az-a bildirilib ki, ADY rəhbərliyi Tovuz və Ağstafa dəmiryol stansiyalarında hazırlıqlara baxış keçirib, müvafiq marşrut üzrə yaxın gələcəkdə fəaliyyəti bərpa oluna biləcək sərnişin stansiyalarının texniki vəziyyəti müzakirə edilib.