Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin qurbanları anıldı

Yanvarın 19-da Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, Bakı Atatürk Liseyinin müdiri Hüseyn Dəmirəlin, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərovanın, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-muzeyinin direktor müavini Təranə Balayevanın, Türkiyənin Qaziantep Universitetinin Türk Musiqisi Konservatoriyasının müəllimi dr. Ali Dağıstanın, həmçinin liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi anım mərasimində öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl 1990-cı ilin Qanlı Yanvar hadisələri barədə məlumat verib. 20 Yanvarı Azərbaycanın ən yaxın tarixində həm hüzn, həm də qürur günü kimi xarakterizə edən Hüseyn Dəmirəl bu faciəyə ilk dəfə məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, bu gün də 20 Yanvar şəhidlərinin xatirəsinin Prezident İlham Əliyev tərəfindən əziz tutulduğunu, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət göstərildiyini bildirib.

Liseyin müəllimi Vəfa Əliyeva bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. 28 il əvvəl sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışan Vəfa Əliyeva deyib ki, həmin gecə istiqlal, azadlıq amalı ilə küçələrə çıxan Azərbaycan xalqı imperiyanın nəhəng hərb maşını qarşısında mətanətlə sinə gərib və müstəqilliyinə qovuşub.

Çıxışlardan sonra Ali Dağıstanın ifasında türk dünyasının qəhrəmanlığından bəhs edən musiqilər, həmçinin liseyin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.

www.yenicag.az

1038
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM