Bakı Atatürk Liseyində bayram tədbiri keçirildi – VİDEO

Bakıda yerləşən Türk Dünyası Atatürk Liseyində 19 may Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilib.

Yenicag.az xəbər verir ki, bayram tədbirinə lisey rəhbərliyi, müəllim heyəti və valideynlər qatılıblar.

Tədbirdə çıxış edən liseyin direktoru Eyləm Gültəkin bu bayramın Mustafa Kamal Atatürk tərəfindən gəncliyə ərməğan olduğunu bildirib, gənclərin Atatürk ideallarına sahib çıxmasının vacibliyini qeyd edib.

Daha sonra lisey şagirdləri tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilib, musiqili səhnəciklər göstərilib.

Qeyd edək ki, bu ənənə məktəbin qurucusu, Türk Dünyası Vəqfinin mərhum başqanı Turan Yazqan tərəfindən qoyulub və davam etdirilir.