Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı Atatürk Liseyində Məzun Gecəsi keçirilib – FOTO/VİDEO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk Dünyası Araşdırmalar Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin 27-ci ildönümü və növbəti buraxılış münasibəti ilə təntənəli mərasim təşkil olunub.

Yenicag.az xəbər verir ki, Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, TDAV-ın qurucusu Turan Yazqanın, həmçinin şəhidlərimizin ruhunun bir dəqiqəlik yad edilməsi və Azərbaycan ilə Türkiyənin dövlət himnləri ilə başlayan mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Xalq yazıçısı Sabir Rüstəmxanlı, Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı təmsilçisi Ufuk Turqaner, sabiq MHP-li millət vəkili Sinan Oğan, ATİB başqanı Camal Yangın, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və digər qonaqlar iştirak ediblər.

Mərasimi giriş nitqi ilə açan Bakı Atatürk Liseyinin müdiri Eylem Gültekin məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən TDAV başqanı Közhan Yazqan Atatürk Liseyinin Türk dünyası üçün faydalı gənclər yetişdirməyə davam edəcəyini bildirib:

“Mən fürsətdən istifadə edib liseyimizin müəllim və şagird kollektivini təbrik edirəm. Məzunlarımıza arzum budur ki, Vətəninə, xalqına, bayrağına, Türk dünyasına, “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiq bir əsgər kimi hər zaman ön sırada olsunlar”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında məzunları təbrik edərək, onlara öz tövsiyələrini verib:

“Bir yandan özümüz üçün, bir yandan da vətənimiz, millətimiz üçün çalışmalıyıq. Çünki dövlət yoxdursa, millət də olmaz, bizlər varlığımızı dövlətə borcluyuq”.

Məzunları təbrik edən Xalq yazıçısı Sabir Rüstəmxanlı Azərbycandakı türk məktəblərinə diqqətin artırılmasına çağırıb. O, ikitərəfli əlaqələrdə bəzi məqamları nəzərdə tutaraq, “Türkiyə ilə həm qardaşlıq, həm də ikiüzlülük olmaz”, – deyib.

Tədbir daha sonra geniş bədii proqramla davam edib.

Qənirə Məmmədli

Türk Dünyası Atatürk Liseyi 11-ci sinif şagirdi

Loading...

www.yenicag.az

1983
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100