!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Atatürk Liseyində Novruz şənliyi keçirilib

!Reklam – Yazi

Martın 17-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Bayram tədbirinə ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu Turan Yazqanın, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib.

Tədbirdə çıxış edən liseyin müdiri Hüseyn Demirel öncə Novruz bayramı münasibətilə hər kəsi təbrik edib. Çıxışında Novruz bayramının tarixindən, bu bayramın qədim türklərin həyatında xüsusi bir yerinin olmasından danışıb. Natiq təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət rəmzi olan Novruzun türk dünyasının hər yerində qeyd olunduğunu, lakin Azərbaycanda xüsusi coşqu ilə keçirildiyini bildirib.

Natiq Novruz bayramının beynəlxalq birlik tərəfindən də tanındığını, 2010-cu ildə BMT-nin Baş Məclisi tərəfindən mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” elan olunduğunu deyib.

Sonra liseyin şagirdlərinin hazırladıqları kompozisiyalar təqdim olunub. Milli geyimdə olan şagirdlərin musiqi sədaları altında Novruz bayramı ilə əlaqədar hazırladıqları şeirlər, səhnələr, ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda, Novruzun personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Şənliyin gedişi zamanı eyni zamanda, ayrı-ayrı siniflərin şagirdlərinin Novruz bayramına həsr etdikləri bayram xonçalarına baxış keçirilib və ən yaxşı 3 xonçanın qalibi müəyyən edilib.

Yeniçağ.az

www.yenicag.az

1541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv