!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Atatürk Liseyinin yeni filialına qəbul başladı – FOTO

!Reklam – Yazi

1992-ci ildən fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi ötən müddət ərzində təhsil sahəsində əldə etdiyi nailiyyətlərlə yadda qalıb.

Yenicag.az xəbər verir ki, fəaliyyət göstərdiyi 27 il ərzində gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, vətənə, xalqa, Türk dünyasına məhəbbətin aşılanmasında müstəsna rol oynayan Bakı Atatürk Liseyi bu tədris ilini də uğurla başa vurub. Hər halda liseyin bu ilki məzunlarının Azərbaycan, Türkiyə və digər ölkələrin ali məktəblərinə qəbul imtahanlarında əldə etdiyi uğurlar da bunu təsdiqləyir. Lakin lisey bu uğurlarla kifayətlənmək fikrində deyil və iki qardaş ölkəyə xidmət baxımından yeni addımların atılması planlaşdırılır.

Bu barədə məlumat verən Türk Dünyası Araşdırmaları Vəqfi başqanı Közhan Yazqan mövcud tələbatı nəzərə alaraq, liseyin yeni şöbəsinin açılması haqda qərar qəbul olunduğunu bildirib: “Bakı Atatürk Liseyi tam 27 ildir ki, Turan Yazqan hocamızın göstərdiyi hədəflər istiqamətində Türk dünyasının gələcəyi olan şagirdləri yetişdirir və yetişdirməkdə də davam edəcək. Məhz bu məqsədlə, həmçinin, öz övladalarını liseyimizdə oxutdurmaq istəyən azərbaycanlı ailələrin hər il daha da artdığını nəzərə alaraq daha bir şöbəmizi açmağa qərar vermişik. Əhməd Rəcəbli 33 c ünvanda yerləşən şöbəmiz yeni dərs ilindən fəaliyyətə başlayacaq”.

Közhan Yazqan əlavə edib ki, artıq geniş imkanlara sahib yeni şöbədə təhsil alacaq uşaqlar üçün imtahanlar da keçiriləcək: “Bütün sinifləri əhatə edən bu imtahanlar zamanı uğur əldə edənlər liseyimizdə təhsil alacaqlar”.

Qeyd edək ki, liseydə dərslər Azərbaycan dilində və türkcə keçirilir. Liseydən onu da bildiriblər ki, maraqlananlar Bakı şəhəri, 28 May küçəsi 70 (Aerokassanın yanı) ünvanına birbaşa müraciət edə, yaxud 012-498-02-32 iş və 050-607-29-91 mobil telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qənirə Məmmədli

www.yenicag.az

11133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv