!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı avtobuslarında biabırçı vəziyyət– Fotolar

!Reklam – Yazi

Sərnişindaşıma meriyanın nəzarətinə keçdiyi üçün Bakı Sərnişin Nəqliyyatı MMC-nin avtobusları baxımsızlıqdan dağılır

Bir müddət öncə Bakı daxilində sərnişindaşıma Nəqliyyat Nazirliyindən alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətinə verildi. Bundan öncə isə sərnişindaşımaya Bakı Sərnişin Nəqliyyatı MMC nəzarət edirdi.

MMC-nin əsas vəzifəsi və fəaliyyətinin istiqaməti Bakı şəhərində sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və şəhər sərnişin (avtobus və taksilərlə) daşımaları sahəsində Nəqliyyat Nazirliyi tərəfindən formalaşdırılan vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlər görmək idi.

Lakin bu səlahiyyət Meriyaya verildikdən sonra qurum faktiki olaraq səlahiyyətsiz qaldı. Çünki aprelin 14-də Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması haqqında qərar verildi. Bu qurumun nə vaxt tam olaraq işə başlayacağı bəlli olmasa da, görünən odur ki, sərnişin daşıyan avtobuslar dağılmaqdadır.

YENİCAG.AZ-ın araşdırmalarına görə, şəhər daxilində əhalini daşıyan avtobusların əksəriyyətində antisanitariya hökm sürür. Eyni zamanda avtobuslarda oturacaqlar belə dağılıb.

Əl tutmaq üçün qoyulan reklam aksesuarlarına isə çirkdən yaxınlaşmaq belə mümkün deyil.

Daha çox çirkli və dağılmış avtobuslara Xırdalan-20 yanvar istiqamətində hərəkət edən 135 nömrəli xətdə rast gəlmək olur.

Nəzərə alsaq ki, bu avtobuslar hansısa məmurun deyil, dövlətin puluna alınıb, göz önündə büdcənin pulları ilə alınan avtobuslar dağılır.

Fotolar şəhərin müxtəlif avtobuslarında çəkilib.

YENICAG.AZ

www.yenicag.az

1363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv