!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı avtobusunda 72 yaşlı kişi ölüb

!Reklam – Yazi

60595Bakıda sərnişin avtobusundan düşərkən ağır xəsarət alan 72 yaşlı kişi ölüb.
Oktyabrın 29-da saat 09 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospektində paytaxt sakini, 1942-ci il təvəllüdlü Əbülqasəmov Vaqif Əmir oğlu 193 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusdan düşmək istəyərkən yıxılıb. Belə ki, 72 yaşlı kişi H.Cavid prospekti 518 ünvanının qarşısındakı dayanacaqda düşmək istəyib. Bu zaman avtobusun sürücüsü qəfil qaza basıb və V.Əbülqasımov yıxılıb. Sərnişin bud sümüyünün sınığı və digər ağır xəsarətlərlə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq avtobusdan düşərkən ağır xəsarət alan kişi bu gün dünyasını dəyişib.

Qeyd edək ki, 193 saylı avtobus Binə ticarət mərkəzi və metronun 20 Yanvar stansiyası arasında sərnişindaşıma ilə məşğul olur. Faktla bağlı araşdırma aparılır. (lent.az)

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv