Bakı-Batumi reysi buna görə təcili eniş etdi

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” şirkətinin Bakı-Batumi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına enməyə qərar verib.

Yenicag.az bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır. “Embraer 190” markalı təyyarə saat 09:40-da Tbilisidə eniş edib.