Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakı Beynəlxalq Avtovağzalında ölən şəxsin kimliyi məlum oldu - VİDEO

Bu gün Bakı Beynəlxalq Avtovğzalında ürəktutmasından vəfat edən şəxsin kimliyi müəyyən olub.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovğzalında ürəktutmasından dünyasını dəyişən şəxs Biləsuvar rayon sakini 1950-ci il təvəllüdlü Nurullayev Şamil Əsədxan oğludur.

O, hadisədən öncə Biləsuvar rayonuna getmək üçün avtovağzala gedib.

İxtisasca mühəndis olduğu bildirilən Ş.Nurullayev bir müddət imiş ki, Bakıda ustalıqla məşğul olurmuş.

Qeyd edək ki, Ş.Nurullayevə hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım əməkdaşları yardım etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Səid Qərib

www.yenicag.az

1813
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS