Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyi yeniliyə imza atıb.
Yenicag.az xəbər verir ki, bundan sonra kompleksin əməkdaşları vahid forma geyinəcəklər.
Kompleksin Sərnişindaşımanın təşkili şöbəsinin əməkdaşları – perron nəzarətçiləri, dispetçerlər və mütəxəssislər vahid uniforma geyinəcəklər.
Sərnişinlər onları maraqlandıran bütün sualları əməkdaşlara ünvanlaya bilərlər.