Bakı bulvarında 24 yaşlı qız özünü dənizə atdı

bulv

Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.

“Report”un xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda baş verib.

Belə ki, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Günay Əlizadə özünü dənizə ataraq intihara cəhd edib.

O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılıb.