Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakı bulvarında iri əyləncə mərkəzi açılacaq - FOTO

Bu il Bakı bulvarında “Caspian Waterfront” iri əyləncə mərkəzi açılacaq.

Yenicag.az-ın məlumatına görə, bunu mərkəzin layihələndirmə işlərini görən “Chapman Taylor” dizayner şirkətinin direktoru Tim Karran deyib.

O bildirib ki, sahəsi 120 min kvadratmetr olan mərkəz ailəvi istirahət məkanı kimi hazırlanır: “Təklif ediləcək əyləncə xidmətlərinin çeşidi çox müxtəlif olacaq, mərkəzdə bütün nəslin nümayəndələri üçün çox gözəl ab-hava yaradılacaq”.

Bundan əvvəl “Caspian Waterfront” iri konqres mərkəzi olmalı idi, lakin sonradan mərkəzin təyinatı dəyişdirildi.

“Chapman Taylor”un qənaətincə, əyləncə mərkəzi Bakının simvollarından birinə çevrilməlidir.

Şirkət dizaynı hazırlayarkən Azərbaycan bayrağındakı və gerbindəki 8 güşəli ulduzdan ilhamlanıb.

www.yenicag.az

1598
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS