Bakı Bulvarında Novruz şənliyi – Bu il fərqli olacaq

esfrswfMartın 19-da Bakıda Dənizkənarı Bulvarda bayram tədbiri keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə AzVision.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il keçiriləcək bayram şənliyi əvvəkilərdən bir o qədər fərqlənli olacaq.

“Mart ayının 19-da səhər saatlarından başlayan bayram konserti axşam saatlarına kimi davam edəcək. Bayramın əsas təşkilatçısı Mədəniyyət və Turizim Nazirliyidir. Bununla bağlı nazirlikdə Təşkilat Komitəsi yaradılıb. Komitəyə rəhbərliyi Ədalət Vəliyev həyata keçirir”.

N.Məcidovun sözlərinə görə, “Formula -1” yarışları ilə əlaqədar konsertin proqramında dəyişiklik edilə bilər.

“Bulvar İdarəsi konsertin təşkil olunmasına köməklik edəcək. Yəni xüsusi avadanlıqların gətirilməsinə, avtomobillərin, konsert üçün nəzərdə tutulan bəzi əşyaların gətiriləməsinə yaxından köməklik edəcəyik. Amma konsert proqramında nələr olacaq, hələ ki, bilmirik. Məsələn, keçən il Novruz şənliyi təşkil olunanda Avropa Oyunları ilə bağlı maraqlı proqram təşkil olunmuşdu. İndi isə qarşıdan “Formula 1” yarışları gəlir. Ola bilər ki, bu dəfə yarışlara uyğun proqram təşkil olunsun”-deyə N.Məcidov bildirib.

Qurum rəsmisi bayram hazırlığı ilə əlaqədar Bulvarda lazımı işlərin görüldüyünü deyib.