!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı çimərliklərində skuter qadağası

!Reklam – Yazi

f49Ötən il Novxanı çimərliyində faciəvi hadisə baş vermişdi. Çimərlikdə çimən 14 yaşlı uşağı skuter vurmuşdu. Nəticədə uşağın üzü parçalanmışdı. Fövqəladə Hallar Nazirliyi tərəfindən hadisə ilə bağlı rəsmi məlumatda bildirilmişdi ki, faciə ehtiyatsızlıqdan baş verib. Su qayığı biznes maraqları üçün dənizdə işlədilirmiş. Ötən illər kimi bu il də çimərlik ərazilərində skuter, su qayığı ilə gəzintilər təşkil edilir. Maraqlı burasıdır ki, bu su nəqliyyat vasitələrində təhlükəsizlik qorunmur.

Yenicag.az  xəbər verir ki, Baku.ws-in araşdırmasına görə, skuter və su qayıqlarına insanları mindirərkən onların yaşları və səhhətləri nəzərə alınmır. Novxanı çimərliyində skuterlə gəzinti 20 manatdan başlayır. Bu pulu ödəyən şəxsin yaşı isə nəzərə alınmır. Hətta pul ödəyən şəxs özü ilə körpə uşağı belə su qayığına mindirə bilər.

Ekspertlər də bu sahədə nəzarətin olmadığını vurğulayır. Nəqliyatçılar Birliyinin sədri Məzahir Rüstəmov BAKU.WS-ə açıqlamasında bildirib ki, nəzarətin aparılmamasının əsas səbəbi biznes maraqlarıdır. “Qanunla su qayığı və skuter kimi nəqliyyat vasitələrinə minmək üçün şəxsin 18 yaşı tamam olmalıdır. Azyaşlı insanların bu kimi su nəqliyyatından istifadəsi qadağandır. Bundan əlavə, skuterə minən şəxsin əynində mütləq xilasedici jilet olmalıdır”, – deyə Məzahir Rüstəmov bildirib.

Çimərlik ərazisində skuterlə gəzinti təşkil edən şəxslər isə deyəsən bu qanundan xəbərsizdirlər. Çünki bu barədə onlardan soruşduqda çoxu cavab verə bilmədi. Bəziləri isə qanun barədə bildiklərini, lakin müştərinin xətrinə dəyməmək üçün onları uşaqla birlikdə skuterə mindirdiklərini deyiblər. Qanunla isə çimərlik ərazisində skuter ilə hərəkət etmək qadağandır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularında Xilasetmə Xidmətindən BAKU.WS-ə bildirilib. Qanunda həmçinin göstərilir ki, skuter və su qayığına yaşı 18 yaşı tamam olmayan şəxslərin minməsi qadağandır. Bundan əlavə skuteri sürücülük vəsiqəsi olan insan idarə etməlidir. Sərxoş səxşlərin skuterə mindirmək də olmaz.

Bakı çimərliklərində isə vəziyyət acınacaqlıdır.

Xatırladaq ki, ötən gün Novxanı çimərliyində batan tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı 36 yaşlı Mahir Allahverdiyev də skuter aşması nəticəsində batmışdı.

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv