Bakı Dairəvi yolunda maşın beton maneəyə çırpıldı – VİDEO

Bakı Dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Yağışlı hava şəraiti səbəbindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında Bakı-Sumqayıt şosesindən Dairəvi yola keçiddə VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılıb.

İlkin məlumata görə hadisə nəticəsində ölən olmayıb.