Texniki nasazlıq aşkarlandığı və təhlükəsizlik standartlarına əməl edilmədiyi üçün Bakı Dövlət Sirkinin fəaliyyəti dayandırılıb.
Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, 1967-ci ildə istifadəyə verilmiş Bakı Dövlət Sirkinin binası ondan sonra əsaslı təmir edilməyib.
Bina artıq müasir tələblərə cavab vermədiyi üçün bir neçə gün əvvəl sirkin fəaliyyəti dayandırılıb.
Bakı Dövlət sirkinin direktor əvəzi Nahid Ağayev bildirib ki, göstərilən iradların aradan qaldırılması isiqamətində işlər aparılır.
Onun sözlərinə görə, hazırda müəssisənin müxtəlif hissələrində təmir işləri aparılır. Bəzi hissələrlə bağlı isə ekspert rəyi lazımdır.
Nağhid Ağayev onu da əlavə edib ki, Bakı Dövlət Sirkinə məxsus heyvan yoxdur. Proqramlar üçün digər ölkələrdən gətirilən heyvanlar da xüsusi ayrılmış yerlərdə saxlanılır.
Ətraflı süjetdə: