!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı əhalisinin sayı açıqlandı

!Reklam – Yazi

Bakı əhalisinin sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq 2018-ci il iyul ayının 1-i vəziyyətinə 2 milyon 269,7 min nəfərə çatıb.

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 1060 nəfər olub.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir.

Doğulan körpələrin 156 nəfəri əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 110 oğlan düşür.

www.yenicag.az

2848
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv