!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı əhalisinin sayı açıqlandı

!Reklam – Yazi

134887_res_012015-ci ilin əvvəlinə olan məlumata görə, Bakı şəhərinin ərazisi 2,14 min kv.km, əhalisinin sayı 2204,2 min nəfərdir.

Virtualaz.org Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxtın ərazisi 2010-cu ildə 2,13 min kv.km olub.

Bakıda hər 1 kv.km-ə 9023 nəfər düşür. 2010-cu ildə bu rəqəm 969 olub.

Bakının ən sıx məskunlaşan rayonları arasında Nəsimi rayonu birincidir.

Ərazisi daha çox olan rayon Xəzər, ən az olan rayon Nəsimidir.

Nəsimi rayonun ərazisi 0,01 min kv.km, əhalinin sayı 217,4 min nəfərdir, 1 kv.km-ə düşən əhali sayı 21740-dır.

İkinci daha sıx məskunlaşan rayon Yasamal, üçüncüsü Nizamidir.

Yasamal rayonunun ərazisi hazırda 0,02 min kv.km-dir, əhalisi 243,6 min nəfər, hər kv.km-ə düşən əhali sayı 12180-dır.

Nizami rayonunun ərazisi 0,02 min kv.km-dir. Rayonda əhalinin sayı 193,8 min nəfər, sıxlıq 9696-ya bərabərdir.

Ən aşağı sıxlıq isə Qaradağ, Xəzər və Pirallahı rayonlarındadır.

Qəsəbələrinin sayı 21 olan Qaradağ rayonunun ərazisi 1,08 min kv.km, hər kv.km-ə düşən əhalinin sayı 110-dur. Rayonda qeydiyyatda 118,5 min nəfər mövcuddur.

Xəzər rayonunun ərazisi 2010-cu ildə 0,4 min kv.km olsa da, hazırda bu rəqəm 0,37 min kv.km-dir. Əhalisinin sayı 160,4 min nəfər, hər kv.km-ə düşənlərin sayı 434-dür. 2010-cu ildə rayonda 12 qəsəbə, hazırda 8 qəsəbə var. Həmin il rayonda əhalinin sayı 170,1 min nəfər olub.

Pirallahı rayonun ərazisi 0,03 min kv.km-dir. Rayonda 19,9 min nəfər yaşayır. Hər 1 kv.km-ə düşən əhali sayı 663-dür. 2013-cü ildə rayonda 3 qəsəbə olsa da, hazırda bu say 4-ə yüksəlib.

Hazırda Binəqədi rayonun əhalisi 257,9 min nəfərdir. Rayonun ərazisi 0,17 min kv.km-dir. Hər kvadratkilometrə 1517 nəfər düşür.

Xətai rayonunda hər kv. km-ə 9023 nəfər düşür. Ərazisi 0,03 min kv.km olan rayonun əhalisi 270,7 min nəfərdir. hər kv.km-ə düşən əhalinin 9023-dür.

Nərimanov rayonunun ərazisi 2010-cu ildə 0,03 min kv.km. olduğu halda, 2015-ci ilin əvvəlinə 0,02 min kv.km olub. Rayonda əhalinin sayı 173,1 min nəfər, hər kv.km-ə düşən əhali sayı 8655-dir. 2010-cu ildə bu göstərici 5420 olub.

Sabunçu rayonun ərazisi 0,24 min kv.km-dir. 10 qəsəbəsi olan rayonda 236,5 min nəfər yaşayır, hər kv.km-ə düşən əhali sayı 985-dir.

Səbail rayonunun ərazisi 0,03 min kv.km, əhalisi 100,1 min nəfərdir. Rayonda hər kv.km-ə 3337 nəfər düşür.

Suraxanı rayonunun ərazisi 2010-cu ildə 0,10 min kv.km. olduğu halda, hazırda rayonun ərazisi 0,12 min kv.km-dir. 212,3 min əhalinin yaşadığı rayonda hər kv.km-ə düşən əhali sayı 1769-dur. Rayonun 6 qəsəbəsi var.

www.yenicag.az

830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv