!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı əhalisinin sayı açıqlanıb

!Reklam – Yazi

2017-ci il ərzində Bakı şəhərinin əhalisinin sayı 16 770 nəfər və ya 0,7% artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 2 262 560 nəfərə çatıb.

Bakı şəhər Statistika İdarəsindən Yenicag.az-a verilən məlumata görə, əhalinin 49,7%-ni kişilər, 50,3%-ni qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 1057 nəfər olub.

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30373 nəfər, gündə təxminən 83 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,5 təşkil edib. Doğulan körpələrin 346-sı əkiz, 4-ü üçəm olub. Yeni doğulan körpələrin 52,5%-i oğlan, 47,5%-i isə qız uşaqlarından ibarət olub.

2017-ci ildə Bakı şəhərində 12 938 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,7 təşkil edib.

www.yenicag.az

2066
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv