Bakı-Ələt yolunda meyvə ilə dolu yük maşını aşdı – VİDEO

Bakı-Ələt yolunda meyvə daşıyan yük avtomobili aşıb.

Yenicag.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Məlumata görə, yük avtomobili idarəetmədən çıxaraq aşıb və magistralda digər avtomobillərin hərəkətini çətinləşdirib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.