“Bakı Fond Birjası” EBRD ilə görüş keçirdi

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankınn (EBRD) nümayəndələri ilə görüş keçirilib.

Yenicag.az bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv, bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.